Ərdoğanla Putin arasında Akkuyu MÜZAKİRƏSİ: "Təsdiqləyiblər ki..."
Bizi izləyin

Region

Ərdoğanla Putin arasında Akkuyu MÜZAKİRƏSİ: "Təsdiqləyiblər ki..."

Türkiyə Prezidentləri Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin telefon danışığı zamanı Akkuyu AES-də iş planına uyğun hərəkət etmək əzmində olduqlarını təsdiqləyiblər.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisindən məlumat verilib.

Ölkə başçıları Türkiyədə ilk atom elektrik stansiyasının tikintisi planına əməl etməkdə qətiyyətlərini bir daha təsdiqləyiblər.

Ehtimal edilir ki, Rusiyanın VVER-1200 reaktorları ilə dörd aqreqat işə salındıqdan sonra AES ildə təxminən 35 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək və bununla da Türkiyənin elektrik enerjisinə olan tələbatının 10 faizinə qədərini ödəyəcək.

İki lider arasında telefon danışığı bir gün əvvəl, sentyabrın 3-də baş tutub. Kremldən bildirilib ki, Ərdoğan və Putin Soçidə keçirilən sammitdə əldə olunan razılaşmaları nəzərə alaraq gələcək əməkdaşlığı müzakirə ediblər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm