Region
Türkiyədə azərbaycanlılar arasında atışmada 1 nəfər öldü - SAXLANILANLAR VAR
Türkiyənin İstanbul şəhərində azərbaycanlılar arasında atışmanın təfərrüatı məlum olub.
Publika.az-ın məlumatına görə, silahlı qarşıdurma pul üstündə yaranıb. Azərbaycan vətəndaşları, 35 yaşlı Zeynal A. və Yadigar G. (30 yaşlı) ilə idman məşqçisi, Azərbaycan əsilli Ceyhun Əkbərov (33 yaşlı) ilə telefon danışığı olub. Telefon danışığından sonra Zeynal A. və Yadigar G. C.Əkbərovun işlədiyi idman etdiyi idman zalına gələrək ona tapançadan atəş atəş açaraq yaralayıb. Hər iki şəxs bundan sonra hadisə yerindən qaçıblar. Hadisə yerinə göndərilən həkim briqadaları C.Əkbərovun öldüyünü müəyyən ediblər.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hər iki şəxs saxlanılıb.
Zeynal A. və Yadıgar G. məhkəmə qərarı ilə həbs ediliblər.
Hadisə yerində aparılan araşdırma zamanı 2 ədəd sənədsiz tapança, 4 ədəd güllə və 9 ədəd boş patron darağı aşkar edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir. (Report)
xxx
08:31
Türkiyədə azərbaycanlılar arasında atışma olub.
Bu barədə Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, hadisə gecə saatlarında qeydə alınıb. Naməlum şəxslər Azərbaycan əsilli Ceyhun Əkbərova atəş açıblar. Ağır xəsarətlər alan C.Əkbərov hadisə yerində ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər - Rusiya vətəndaşı L.G. və Azərbaycan vətəndaşı Z.A. hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onların üzərindən 2 ədəd tapança aşkar edilib.
Araşdırma aparılır. ("Report")
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq





































