Almaniya düşmənimizdir, Rusiyaya qarşı... - Medvedyevdən ŞOK İTTİHAM
Bizi izləyin

Region

Almaniya düşmənimizdir, Rusiyaya qarşı... - Medvedyevdən ŞOK İTTİHAM

Təhlükəsizlik Şurasının sədr müavini və Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyev özünün Telegram kanalında Almaniya kansleri Olaf Şoltsun Rusiyanın etibarlı enerji tədarükçüsü olmadığı barədə sözlərini şərh edib.

Publika.az xatırladır ki, Almaniya hökumətinin başçısı bildirib ki, Rusiya uzun müddətdir öhdəliklərini pozduğu üçün onu etibarlı qaz təchizatçısı hesab etmək olmaz.

Buna cavab olaraq rusiyalı rəsmi qeyd edib ki, Almaniya Rusiya üçün dost olmayan ölkədir, anti-Rusiya sanksiyaları tətbiq edir, həmçinin Ukraynaya öldürücü silahlar verir.

“Başqa sözlə, Almaniya Rusiyaya hibrid müharibəsi elan edib. Ona görə də Almaniya Rusiyanın düşməni kimi çıxış edir”, – Medvedyev yazıb.

O, almanların qazla bağlı problem yaşamağa başlamasının təəccüblü olmadığını əlavə edib.

Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm