Vəziyyət bu cür davam edərsə, Rusiya ordusu... - Putin ELAN ETDİ
Bizi izləyin

Region

Vəziyyət bu cür davam edərsə, Rusiya ordusu... - Putin ELAN ETDİ

Rusiya prezidenti Vladimir Putin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı açıqlamalarını şərh edərək, bunun necə bitəcəyini proqnozlaşdırıb.

Publika.az xəbər verir ki, Putin bu barədə “Komsomolskaya Pravda”nın canlı yayımında danışıb.

"Kiyev hakimiyyət orqanları aktiv əks-hücum əməliyyatına başladıqlarını və həyata keçirdiklərini açıqladılar. Görək necə olacaq, necə bitəcək" - Vladimir Putin qeyd edib.

Rusiya Prezidenti vurğulayıb ki, Moskva Ukrayna Silahlı Qüvvələrinin hücumlarına təmkinlə cavab verir, lakin Kiyev bu üsulların yolverilməzliyini anlamasa, Rusiya ciddi tədbirlər görəcək.

"Vəziyyət bu şəkildə inkişaf etməyə davam edərsə, o zaman cavab daha ciddi olacaq" - Rusiya lideri əlavə edib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum cəhdlərinə baxmayaraq, Donbasın "azad edilməsi" üzrə işlər fasiləsiz davam edir. Putin əlavə edib ki, hücum əməliyyatları "yavaş templə" gedir, Rusiya ordusu yeni əraziləri "azad edir".

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm