Teleqram iOS üçün tələbləri sərtləşdirdi
Bizi izləyin

Region

Teleqram iOS üçün tələbləri sərtləşdirdi

Teleqram messencerinin tərtibatçıları “iPhone” üçün proqramı 9.0.1 versiyasınadək yeniləyiblər.

Publika.az“Telegram Info” kanalına istinadə xəbər verir ki, indi proqram yalnız iOS 11 və daha yüksək versiyalarla işləyən cihazlarda dəstəklənir.

Beləliklə, indi “App Store”dan teleqramı yalnız “iPhone 5s” və daha yeni modellərin sahibləri quraşdıra bilər.

Qeyd olunur ki, “iPhone” üçün teleqramın yeni versiyasında əvvəlki yeniləmədə yox olan hiperlink funksiyası formatlaşdırma menyusuna qaytarılıb. Həmçinin, mənbənin sözlərinə görə, messencer indi status və reaksiya seçərkən “Telegram Premium” abunəçiləri üçün əlçatan olan fərdi emojilərin axtarışına malikdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm