Rusiya tələbələri səfərbərliyə cəlb edir
Bizi izləyin

Region

Rusiya tələbələri səfərbərliyə cəlb edir

Rusiya özəl universitetlərinin tələbələri qismən səfərbərliyə çağırıla bilər.

Publika.az xəbər verir ki, bu barədə TASS Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinə istinadən məlumat yayıb.

“Hazırda Təhsil Nazirliyi yuxarı orqanlarla bu məsələ ilə bağlı məsləhətləşmələr aparır. Hələlik prezidentin sərəncamında deyilir ki, yalnız dövlət təhsil müəssisələrinin tələbələrinin hərbi xidmətə çağırışdan möhləti var”, - məlumatda vurğulanıb

Aspirantların isə qismən səfərbərlikdən möhlət alacağı daha əvvəl bildirilirdi.

Rusiya Prezidenti Vladimir Putin qismən səfərbərlik çərçivəsində hərbi xidmətdən möhlət verilməsi haqqında fərman imzalayıb. Möhlət dövlət təhsil təşkilatlarında orta ixtisas və ali təhsil müəssisələrinin təhsil proqramları üzrə əyani və qiyabi formada təhsil alan, “elmi təşkilatlarda ilk dəfə müvafiq səviyyədə təhsil alan” tələbələrə veriləcək.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm