Hakim partiya sədri ilə ictimai fəal arasında QARŞIDURMA yaşandı
Bizi izləyin

Region

Hakim partiya sədri ilə ictimai fəal arasında QARŞIDURMA yaşandı

Gürcüstanda "Gürcüstan Naminə" hərəkatının üzvü, əslən Marneulidən olan Qiorqi Mumladze və "Vahid Milli Hərəkat" partiyasının sədri Nika Melia arasında qarşıdurma yaşanıb.

Publika.az xəbər verir ki, Qiorqi Mumladze bu barədə sosial media hesabı vasitəsilə yaydığı video müraciətdə deyib.

Onun sözlərinə görə, üzvü olduğu "Gürcüstan Naminə" hərəkatında DTX cəsuslarının olması barədə iddialara aydınlıq gətirmək üçün "VMH"-nın ofisinə gedib.

Mumladze əlavə edib ki, Nika Melia onu və hərəkatın digər üzvlərini təxribatçılıqda ittiham edib:

"Mənə təxribatçı dedi - gizlətməyəcəm, mən də dedim ki, sənin və mənim aramda təxribatçı kimdirsə onun... Bundan sonra fiziki qarşıdurma yaşandı. Onun mühafizə xidmətinin əməkdaşları, həmçinin sürücüsü qarşıdurmada iştirak etdilər. Nika Meliaya gəldikdə isə, onun özü mübahisəni qızışdırdı. Onlardan biri bu gün məni alnımı deşməklə hədələdi. Bu insanlar Gürcü Arzusunun himayəsində hərəkət edirlər. Əks halda onlar buna cəsarət edə bilməzdilər. Onlardan biri Tenqo Sanaiadır. Biz Bidzina İvanişvili və rus oliqarxiyası ilə mübarizə aparmaq üçün yaxşı, güclü silah istəyirikmi? Onda gəlin birlikdə deyək - Nika Meliya getsin”, - deyə Qiorqi Mumladze əlavə edib.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm