İran ayətullahından etirazçılara DƏSTƏK
Bizi izləyin

Region

İran ayətullahından etirazçılara DƏSTƏK

Qum şəhərində yaşayan dini alim Hüseyn Nuri Həmədani İran xalqının son etirazlarına dəstək bəyanatı yayıb.

Publika.az “IranWire” saytına istinadən xəbər verir ki, bəyanatında o, İran rəsmilərindən “xalqın tələblərini dinləyib problemlərini həll etməyi” istəyib.

Qeyd edək ki, Həmədani İranda “Əxlaq” polisi tərəfindən hicaba görə qətlə yetirildiyi iddia edilən 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı kütləvi etirazların başlamasından 9 gün keçdikdən sonra etirazçılara dəstək verən ikinci dini alimdir.

Həmədanidən əvvəl Əsədullah Bayat Zəncani də bəyanat yayaraq, bu tip hadisələrə səbəb olan davranışları “ağılsız və qeyri-qanuni” adlandırıb və vurğulayıb ki, ölkə qanunlarının heç birində insanların polis tərəfindən maarifləndirilməsi məsuliyyəti yoxdur.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm