Region
Gömrük xüsusi iş rejiminə keçdi

Gürcüstanda Maliyyə Nazirliyinin Gəlirlər Xidməti sərnişin axınının artması ilə əlaqədar Lars gömrük-keçid məntəqəsində yaranmış vəziyyətlə bağlı məlumat yayıb.
Publika.az xəbər verir ki, bölgədə nəqliyyat axınının artması şəraitində bütün gömrük-keçid məntəqələri xüsusi iş rejiminə keçib.
Qurumun izahatına görə, gömrük nəzarəti prosedurlarının 24 saat həyata keçirilməsi üçün Gürcüstan ərazisindən keçən keçid məntəqələrində gömrük əməkdaşlarının sayı artırılıb.
“Burada izah edirik ki, Rusiya Federasiyası tərəfdən Lars gömrük-keçid məntəqəsindən Gürcüstana keçən yük avtomobillərinə (“Kazbegi” gömrük keçid məntəqəsi-red.) gömrük nəzarəti prosedurları qismən yubanır.
Artan beynəlxalq yük dövriyyəsinin davamlılığını təmin etmək məqsədilə gömrük-keçid məntəqələrinin birgə idarə edilməsi çərçivəsində Gəlirlər Xidməti qonşu dövlətlərin - Türkiyə, Azərbaycan və Ermənistan Respublikasının müvafiq gömrük idarələri ilə intensiv əlaqə saxlayır", - məlumatda deyilir.
Tural Turan

-
Sosial14:15
AZAL-ın təyyarəsi İrəvana uçacaq
-
Rəsmi xronika13:38
İlham Əliyev daha bir sərəncam imzaladı
-
Sosial13:15
Zəlzələdən sonra Səngəçalda SİRLİ QALA üzə çıxdı - ŞOK VİDEO
-
Sosial12:55
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:37
Prezident seçkiləri ilə bağlı MSK-da iclas olacaq
-
Sosial12:07
Qənirə Paşayevanın yerinə o seçildi
-
Avropa11:35
Azərbaycan və Ermənistanı cəsarətli addımlarına görə... - Almaniyadan təbrik gəldi
-
Dünya11:05
Yunan nazir Ərdoğana belə təzim etdi - VİDEO/FOTO