İƏT-dən Kabildəki teraktla bağlı BƏYANAT
Bizi izləyin

Region

İƏT-dən Kabildəki teraktla bağlı BƏYANAT

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Əfqanıstanın paytaxtı Kabildə məscidə edilən və 7 nəfərin ölümü ilə nəticələnən hücumu pisləyib.

Publika.az xəbər verir ki, qurumdan verilən açıqlamada İƏT Baş Katibliyinin cümə namazından sonra Kabildə Vəzir Əkbər Xan məscidi qarşısında törədilən bombalı hücumda həyatını itirənlərin ailələrinə başsağlığı verdiyi və rəhmət dilədiyi bildirilib.

İƏT-in Əfqanıstanın hər yerində günahsız mülki şəxslərin həyatını itirdiyi hücumları qınadığı bəyanatında sözügedən hücumun ölkədəki kövrək təhlükəsizlik mühitinin bu şəkildə davam edə bilməyəcəyinin göstəricisi olduğu vurğulanıb.

Bəyanatda həmçinin Əfqanıstandakı səlahiyyətliləri bu cür hücumlara qarşı qabaqlayıcı tədbirlər görməyə və əfqan xalqının təhlükəsizliyini təmin etmək üçün daha qətiyyətli addımlar atmağa çağırılıb.

Xatırladaq ki, sentyabrın 23-də Əfqanıstanın paytaxtı Kabildə cümə namazından sonra Vəzir Əkbər Xan məscidi qarşısında törədilən bombalı hücumda 7 nəfər həyatını itirib, 41 nəfər yaralanıb.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm