İran hökuməti xalqı HƏDƏLƏDİ: "Etirazçılara qarşı..."
Bizi izləyin

Region

İran hökuməti xalqı HƏDƏLƏDİ: "Etirazçılara qarşı..."

İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar davam edir.

Publika.az-ın məlumatına görə, İran hökuməti etiraza qalxan narazı xalqı təhdid edib.

Etirazlara münasibət bildirən İran Xarici İşlər Nazirliyi ölkənin etirazlarla mübarizə üçün “silahlı tədbirlərə” əl atacağı ilə bağlı hədə-qorxu dolu video yayımlayıb.

Bundan öncə İranın Ədliyyə-Məhkəmə Hakimiyyətinin sədri Qulamhüseyn Möhsüni Ejeyi məsələyə münasibət bildirmişdi. O, sentyabrn 22-də İranda davam edən kütləvi etirazları “narahatlıq və xaos” adlandırıb, ölkənin baş prokuroru və hakimlərindən etirazçılarla qarşı qəti tədbir görməyi tələb edib.

Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm