Ruslara jest: sərhədi piyada keçə biləcəklər...
Bizi izləyin

Region

Ruslara jest: sərhədi piyada keçə biləcəklər...

Gürcüstana getmək istəyən rusiyalılara sərhədi piyada keçməyə icazə verilib.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “Telegram” kanalları məlumat yayıb.

Bildirilib ki, rəsmi olaraq, “Yuxarı Lars” sərhəd-keçid məntəqəsi sərhədi piyada keçmək üçün nəzərdə tutulmayıb. Bu addım sərhəddə uzun tıxaclarda gözləmə vaxtını azaltmaq üçün atılıb.

Məlumatı Rusiya FSB-nin Şimali Osetiya üzrə sərhəd idarəsinin mətbuat xidməti təsdiqləyib.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm