Əhmədinejaddan ŞOK ÇAĞIRIŞ: "Xalqın fikrini soruşun ki..." - VİDEO
Bizi izləyin

Region

Əhmədinejaddan ŞOK ÇAĞIRIŞ: "Xalqın fikrini soruşun ki..." - VİDEO

“Bütün insanlardan soruşun ki, hökuməti sizi məhdudlaşdırmaq, yoxsa azadlığınızı təmin etmək üçün seçmisiniz? Görün insanlar nə deyir?"

Publika.az "Azad İrana" istinadla xəbər verir ki, bunu İranın sabiq prezidenti Mahmud Əhmədinejad deyib.

"Dünyanın heç bir yerində səs verənlərin beynində bircə fikir yoxdur ki, bu adam gəlib bizi məhdudlaşdıracaq!

Elə bu gün İran xalqından soruşun-hicab yaxşıdır yoxsa pisdir? Əksəriyyəti deyəcək ki, hicab yaxşıdır, iranlılar neçə min ildir hicablıdır.

İkinci sualı verin ki, siz məcburi hicabla razısınızmı? 95%-i yox cavabı verəcək.

Hətta namazı da məcbur etsən, insanların ruhuna əzab vermiş olar", - eks-prezident çağırış edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm