Pekindən Rusiyaya BAŞSAĞLIĞI
Bizi izləyin

Region

Pekindən Rusiyaya BAŞSAĞLIĞI

Çin dövlət başçısı Si Cinpin rusiyalı həmkarı Vladimir Putinə İjevsk şəhərində məktəbə silahlı hücuma görə başsağlığı verib.

Publika.az xəbər verir ki, hadisədən xəbər tutanda sarsıldığını söyləyən Si Cinpin Çin hökuməti və xalqı adından həyatını itirənlər üçün kədərləndiyini söyləyib.

Çin lideri hadisədə yaxınlarını itirənlərin ailələrinə başsağlığı verdiyini bildirib.

Xatırladaq ki, sentyabrın 26-da naməlum şəxs Rusiyanın Udmurtiya vilayətinin İjevsk şəhərində 88 saylı məktəbə silahlı basqın edib.

Hücumda 7-si uşaq olmaqla 13 nəfər həyatını itirib, 14-ü uşaq olmaqla 21 nəfər yaralanıb.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm