Zəngin ruslar ölkədən bu yolla qaçır: 260 minə təyyarə icarəsi...
Bizi izləyin

Region

Zəngin ruslar ölkədən bu yolla qaçır: 260 minə təyyarə icarəsi...

Rusiyada orduya qismən səfərbərlik elan edildikdən sonra özəl təyyarələrdə uçuşlara tələbat kəskin şəkildə artıb.

Publika.az-ın məlumatına görə, “The Guardian” nəşri yazır ki, belə uçuşların əsas istiqaməti Ermənistan, Türkiyə və Azərbaycandır – rusların vizasız daxil ola biləcəyi ölkələr.

“Your Charter” şirkətinin direktoru Yevgeni Bıkov jurnalistlərə bildirib ki, səfərbərlik elan edildikdən sonra uçuşlar üçün müraciətlərin sayı dəfələrlə artıb: “Adətən gündə 50 müraciət alırdıq, indi isə 5 minə yaxındır”.

Bıkov əlavə edib ki, onun şirkəti tələbatı ödəmək və qiymətləri aşağı salmaq üçün daha böyük təyyarələrdən istifadə etməyə başlayıb: "Lakin bu, kifayət deyil. Biz hamı üçün yer tapa bilmirik”.

“The Guardian” yazır ki, şəxsi təyyarədə oturacaq yerinin qiyməti hazırda 1,3-1,5 milyon rubl (38 000 - 44 000 AZN), 8 yerlik təyyarənin icarə qiyməti isə 5-9 milyon rubl (145 000 - 260 000 AZN) arasında dəyişir.

“FlightWay” özəl aviaşirkətin rəhbəri Eduard Simonov “The Guardian”-a bildirib ki, Ermənistan, Türkiyə, Qazaxıstan və Dubaya uçuşlara tələbat 50 dəfə artıb. O, həmçinin qeyd edib ki, Rusiyaya qarşı beynəlxalq sanksiyaların tətbiqindən sonra təyyarə icarəsi çətinləşib. “Avropanın bütün özəl nəqliyyat şirkətləri bazarı tərk edib. İndi tələb təklifdən çoxdur və qiymətlər altı ay əvvəlki ilə müqayisədə çox yüksəkdir”, - Simonov bildirib.

“The Guardian” yazır ki, müharibə başlayandan sonra ölkədə yaşayan milyonçuların 15%-ə qədəri Rusiyanı tərk etmiş ola bilər və sentyabrda elan edilən səfərbərlik çox güman ki, vəziyyəti daha da gərginləşdirib. Bu fikri Moskva konsyerj xidmətlərindən birinin əməkdaşı təsdiqləyib: “Gənc kişi müştərilərimizin əksəriyyəti Putin keçən həftə səfərbərlik elan etdikdən sonra getdi. Mən Patriarx gölündəki restoran və barlara zəng edirdim ki, masalar rezerv etsinlər. İndi mən yalnız İrəvana gedən təyyarədə onlar üçün son oturacaq tapmaq üçün uçuş aqreqatorlarını nəzərdən keçirirəm”.

Eyni zamanda ölkəni şəxsi təyyarələrlə tərk edənlər təkcə varlı ruslar deyil. “Kommersant” yazır ki, Rusiyanın İT şirkətləri işçilərini ölkədən çıxarmaq üçün bütövlükdə çarter reysləri almağa başlayıb. Qəzet qeyd edir ki, sənaye işçilərinin kütləvi şəkildə ölkədən getməsi onların əksəriyyətində səfərbərlikdən rezervasiyalara zəmanət verən ixtisasların olmaması ilə bağlıdır.

“The Guardian”-ın məlumatına görə, bu yolla tez-tez anti-Qərb və vətənpərvər bəyanatlar verən Dövlət Duması deputatının oğlu Rusiyanı tərk edib. Qəzetin yazdığına görə, deputat (nəşrdə onun adı çəkilməyib – red.) oğlunun ölkədən buraxılmasına əmin olmaq üçün onu hava limanına qədər müşayiət edib. Millət vəkilinin oğlu Türkiyəyə gedərkən özəl “Snapchat” qrupunda “Böyük qaçış” yazıb.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm