Fransa Türkiyəyə dənizdən, Azərbaycana sərhəddən hücuma keçir
Bizi izləyin

Region

Fransa Türkiyəyə dənizdən, Azərbaycana sərhəddən hücuma keçir

Yunanıstan Egey dənizində Fransa ilə hərbi təlimlərə başlayıb.

Publika.az
xəbər verir ki, oktyabrın 1-nə qədər davam edəcək təlimlərdə Yunanıstanın bütün döyüş gəmiləri iştirak edir.

Bu təlimlər iki kontekstdə diqqət çəkir.

Birincisi, ABŞ və Fransanın dəstəklədiyi Yunanıstan son dövrlər Türkiyəyə qarşı aqressiv mövqe sərgiləyir, xüsusilə adalarda atdığı addımlar toqquşma riskini hər keçən gün artırır. Türkiyənin bütün xəbərdarlıqlarına rəğmən Afina təxribatçı mövqeyindən geri çəkilmir. Son təlimlər Türkiyə-Yunanıstan gərginliyini daha da artıracaq.

İkincisi, Fransanın təlimlərdə iştirakıdır. Rəsmi Paris Türkiyənin Liviya ilə əməkdaşlığının dərinləşdirməsindən narahatdır və Afina ilə birləşərək, Ankaraya qarşı cəbhə formalaşdırmağa çalışır. Bununla yanaşı, Fransa ABŞ-ın müdaxiləsindən sonra təxirə düşən Avstraliya ilə sualtı gəmi layihəsindən itirdiyi qazancı Yunanıstana silah sataraq əldə etmək niyyətindədir.

Fransanın Türkiyəyə qarşı cəbhə qurması Cənubi Qafqazdakı proseslər fonunda da diqqət çəkir. Rəsmi Paris İrəvanı dəstəkləməklə 44 günlük müharibədən sonra bölgədə yaranmış postmünaqişə reallığını dəyişmək və Bakının geri çəkilməsinə nail olmaq istiqamətində cəhdlər edir. Görünür, Fransa Türkiyəyə qarşı Yunanıstanı, Azərbaycana qarşı Ermənistanı alət olaraq istifadə edərək, istəklərinə nail olmağa çalışır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm