Azərbaycanlıların qatili Xankəndinə gəlir - FOTO
Bizi izləyin

Region

Azərbaycanlıların qatili Xankəndinə gəlir - FOTO

Qarabağdakı separatçıların “təhlükəsizlik şurası”nın keçmiş katibi Samvel Babayan oktyabrın 5-də Xankəndidə iclas çağırıb.

Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Məlumata görə, hazırda İrəvanda yaşayan separatçı “general” həmin tarixdə Azərbaycan ərazilərinə gələcək.

Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında baş verən son hadisələr müzakirə olunacaq.

İddialara görə, Xankəndidəki separatçı düşərgə Samvel Babayanın yenidən Xankəndinə qayıdışından narahatdır.

Onun Nikol Paşinyanın adamı olduğu, baş nazirin təlimatlarını separatçılara çatdırmaq üçün Xankəndinə gələcəyi iddia edilir.

Nəşrin yazdığına görə, hazırda separatçı “general”ı Paşinyanın komandası maliyyələşdirir. Bildirilir ki, Babayan bu gəlişi ilə Xankəndidəki radikal separatçılar arasında iğtişaş toxumu səpəcək və təslimçi akt prosesini sürətləndirəcək.

O, 44 günlük müharibədən sonra cəmi iki dəfə Xankəndinə gizli səfər edib, amma o bu səfərlər çərçivəsində iclaslara qatılmayıb.

Qeyd edək ki, Samvel Babayan Birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı törədilən soyqırımı aktlarının fəal iştirakçılarından olub.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm