Erməni cəmiyyəti SÜLH müqaviləsi ilə barışıb -Culfalakyan
Bizi izləyin

Region

Erməni cəmiyyəti SÜLH müqaviləsi ilə barışıb -Culfalakyan

"Etiraf edək ki, əslində Ermənistan ictimaiyyətinin böyük əksəriyyəti yaxın gələcəkdə Azərbaycanla imzalanacaq de-fakto, de-yure təslimiyyətlə onsuz da barışıb. İnsanlar artıq mübarizə aparmağa ehtiyac görmürlər. Hakimiyyətdə olmayan siyasi qüvvələrə də arxalanmağın mənası yoxdur. Hər şey bitib və bütün yollar sülh müqaviləsinə aparır".

Publika.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sabiq deputatı Arsen Culfalakyan özünün "Facebook" səhifəsində yazıb.

Eks-deputat bildirib ki, indi kapitulyasiyanın hansı versiyasını seçmək barədə aktiv müzakirələr gedir:

"Amerika, Rusiya hansısa təklifləri səsləndirə bilər. Amma bu, mövcud gedişatı dəyişdirməyəcək. Üstəlik, kapitulyasiyaya imza atanlar hakimiyyətdə qalacaqlar. Çünki Qərb və Amerika onları dəstəkləyəcək. Amma onlar bu milləti öz addımları ilə məhv etdilər. Qarabağdan Ermənistana gələn xeyli sayda insan var. Onların taleyi də indiki hakimiyyəti maraqlandırmır. Hakimiyyət isə kapitulyasiyanı imzalamaq üçün var gücü ilə mübarizə aparır. Sülh müqaviləsi Ermənistanın gələcək arzularının kapitulyasiyasıdır. Amma qeyri-qanuni heç nə yoxdur, hər şey qanunidir, çünki müharibədə uduzmuşuq".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm