Rusiya-Gürcüstan danışıqlarının yeni mərhələsi başladı
Bizi izləyin

Region

Rusiya-Gürcüstan danışıqlarının yeni mərhələsi başladı

Cənubi Qafqazda təhlükəsizliyin və stabilliyin təmin olunması ilə bağlı Rusiya-Gürcüstan danışıqlarının yeni mərhələsi 10 aylıq fasilədən sonra Cenevrədə baş tutub.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstan XİN rəhbərinin müavini Laşa Darsaliya məlumat verib.

Danışıqlarda Gürcüstan nümayəndə heyətinə başçılıq edən Laşa Darsaliyanın fikrincə, Cenevrədə danışıqların aparılması ilk növbədə ona görə vacib nailiyyətdir ki, Gürcüstan-Rusiya münaqişəsi beynəlxalq ictimaiyyətin gündəliyində əsas məsələlərdən biridir:

"Gürcüstanın Avropa İttifaqı, BMT, ATƏT və ABŞ-dan olan tərəfdaşlarının səyləri bu gün keçirilən danışıqların baş tutmasında vacibdir".

Həmçinin o da bildirilir ki, Cenevrədə son danışıqlar prosesi ötən ilin 7-8 dekabr tarixlərində olub:

"Bu ilin mart ayında növbəti danışıqlar prosesi keçirilməli olsa da, sonradan ləğv olunub".

Xatırladaq ki, Cənubi Qafqazda təhlükəsizliyin və stabilliyin təmin olunması üçün beynəlxalq səviyyəli müzakirələr 2008-ci ildən etibarən Cenevrədə həyata keçirilir. Danışıqlarda BMT, Aİ və ATƏT-in xüsusi nümayəndələrinin vasitəçiliyi ilə Abxaziya, Rusiya, Gürcüstan, Cənubi Osetiya və ABŞ da iştirak edir.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm