Zelenski 3 uğuru ELAN ETDİ: bu ərazilər psevdoreferendumdan AZAD EDİLDİ və...
Bizi izləyin

Region

Zelenski 3 uğuru ELAN ETDİ: bu ərazilər psevdoreferendumdan AZAD EDİLDİ və...

"Yalnız bu gün Xerson vilayətində Novovoskresenske, Novoqriqorivka və Petropavlivka kimi yaşayış məntəqələri psevdoreferendumdan azad edilərək sabitləşdi".

Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, bu gün dünyanın Ukraynanın gələcəyinə inamını, dünyanın bizim gücümüzə inamını güclü şəkildə təsdiqləyən bir neçə hadisə baş verib:

Birincisi hadisə: Biz Ukraynanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olmasına başlayırıq. Bu, ən nüfuzlu qlobal təşkilatlardan biridir. O, 38 ən güclü dövləti birləşdirir.

İkinci hadisə: Dostlarımız - İspaniya və Portuqaliya ilə birlikdə 2030-cu il FIFA Dünya Çempionatına ev sahibliyi etmək üçün ərizə təqdim edirik.

Üçüncü hadisə: Bəzi ərazilərimzi Rusiya işğalında azad etdik.

"Qələbəmiz üçün mübarizə aparan və çalışan hər kəsə təşəkkür edirik! Ukraynaya kömək edən və sülh üçün Rusiyaya təzyiq edən hər kəsə təşəkkür edirəm! Biz mütləq qalib gələcəyik", - Zelenski müraciətində deyib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm