Ermənistan üçün həlledici gündür - Marqaryan
Bizi izləyin

Region

Ermənistan üçün həlledici gündür - Marqaryan

"6 oktyabr və 14 oktyabr tarixləri Ermənistan üçün həlledici gündür".

Publika.az xəbər verir ki, bunu erməni politoloq Ruben Marqaryan deyib.

O bildirib ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında böyük sülh müqaviləsi yolunda son dəqiqləşdirmələr olacaq:

"Paşinyanın Əliyevlə və Putinlə görüşündən çox şey asılı olacaq. Paşinyanla Rusiya prezidentinin görüşü 14 oktyabrda gerçəkləşəcək. Fikrimcə, artıq suyun dibi görünür. Məncə, Ermənistanın baş naziri artıq seçimini edib. Qarabağdakı ermənilərin məsələsi Azərbaycanın öz ixtiyarına veriləcək. Sərhəd məsələləri də sovet dövrü xəritələri ilə dəqiqləşdiriləcək. Artıq hər şey bəllidir".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm