Dəhşətli qətl: 2 uşağını və arvadını öldürərək intihar etdi
Bizi izləyin

Region

Dəhşətli qətl: 2 uşağını və arvadını öldürərək intihar etdi

Uzaqlaşdırma qərarı olan şəxs boşanma prosesində olduqları həyat yoldaşı və uşaqlarını bıçaqlayaraq öldürüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Bakı vaxtilə 01.00 radələrində Ankaranın Altındağ rayonunda baş verib.

İddialara görə, hələlik şəxsiyyəti öyrənilməyən şəxs həyat yoldaşı və uşaqlarının olduğu mənzilə gəlib və qapını sındıraraq evə daxil olub. O, həyat yoldaşı ilə mübahisə etməyə başlayıb. Mübahisə davaya çevrilib. Səsləri eşidən qonşular polisə və təcili tibbi yardıma xəbər verib. Hadisə yerinə gələn qruplar həmin şəxsin həyat yoldaşını, daha sonra isə 9-12 yaşlarında olan uşaqlarını bıçaqlayaraq öldürdüyünü və özünü asdığını müəyyən ediblər.

Polis qrupları təhlükəsizlik tədbirləri görüb. Hadisə yerinə gələn yaxınları göz yaşlarına hakim ola bilməyib. Hadisə yeri araşdırmasının ardından ailənin cəsədləri Ədliyyə Tibb Morquna götürülüb.

Həmin şəxsin həyat yoldaşı ilə boşanma prosesində olduğu və onun uzaqlaşdırılması ilə bağlı qərarın olduğu öyrənilib. Polis hadisə ilə bağlı genişmiqyaslı araşdırmaya başlayıb.

Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm