Region
İranda gərginlik PİK HƏDDƏ: hökumət məmurları ÖLDÜRÜLDÜ

İranda bir neçə hökumət məmuru öldürülüb.
Publika.az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
Onların etirazçılar tərəfindən qətlə yetirildiyi iddia olunur.
Zəngan şəhərində kütləvi etirazlar zamanı İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı yarımhərbi radikal "Bəsic" birləşməsinin üzvü Qulamrza Bamdadi öldürülüb.
Bununla yanaşı, Tehranda Səlman Əmirəhmədi adlı "Bəsic" üzvünün də qətlə yetirldiyi bildirilir.
İran mediasının verdiyi xəbərə görə, Kürdüstan əyalətinin Sənəndəc şəhər polis idarəsinin rəisinin müavini Rəsul Bərzuyi də həyatını itirib.
Tehran şəhərinin 9-cu bölməsinin 209-cu Bəsic bölməsinin komandiri Əlirza Həbibzadeqanın da öldürüldüyü qeyd olunur.
Sözügedən şəxslər son 2 gündə həlak olublar və bir sıra məlumatlara görə, onlardan ikisi xüsusi təyinatlı qüvvələrin xalqa atəş açdığı zaman güllə yarası alaraq ölüblər.

-
Hadisə13:03
Sumqayıtda partlayış oldu - Xəsarət alanlar var
-
İqtisadi gündəm12:36
Aİ-92 benzini ilə bağlı VACİB XƏBƏR: Bu gedişlə...
-
Maraq dünyası11:16
Ulduzlardan sirli siqnallar gəlir: NASA alimindən sensasion kəşf
-
İdman10:40
Çimərlikdən başlayan eşq hekayəsi: Bu gözəl onun həyatını görün necə dəyişib - FOTOLAR
-
Sosial10:04
Tanınmış jurnalist vəfat etdi - FOTO
-
MDB09:12
Yeni qayda hazırlanır: Bundan sonra yollarda onlar da şütüyəcəklər
-
Nəqliyyat08:24
Hazırda Bakının bu yollarında tıxac var - SİYAHI
-
Sosial07:55
Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salındı