Region
Peqova qarşı cinayət işi açıla bilər
Rusiyanın doqquz hərbi müxbiri və onların layihələri ölkənin Silahlı Qüvvələri barədə yalan məlumatlar yaydıqları üçün məsuliyyətə cəlb oluna bilər.
Publika.az xəbər verir ki, məlumata görə, İqor Strelkov, Semyon Pegov (WarQonzo), Yuri Podolyaka, Vladlen Tatarski, Sergey Mardan, İqor Dimitriev, “GreyZone” və “Rybar” layihələrinin müəllifləri, eləcə də Kristina Potupçikin fəaliyyətləri hazırda hüquq-mühafizə orqanları tərəfindən yoxlanılır. Müstəndiqlər onların “Telegram” kanallarındakı məzmunu təhlil edir, oarada saxta, böhtan xarakterli və digər qadağan olunmuş məlumatlar axtarırlar.
Bildirilir ki, “Roskomnadzor”a yuxarıdakı müəlliflərin işinin yoxlanılması tələbi ilə bağlı göztərişi Baş Qərargah rəisi şəxsən imzalayıb. Baş Prokurorluqda isə iş federal təhlükəsizlik, terrorizm, ekstremizm və millətlərarası münasibətlər haqqında qanunun icrasına nəzarət idarəsinin rəisi tərəfindən aparılır.
Yoxlamanın nə qədər davam edəcəyi hələlik məlum deyil. Amma cinayət tərkibi aşkar edilərsə hərbi müxbirlər ya cərimə ilə yaxa qurtaracaqlar, ya da üç ilə qədər həbs cəzası alacaqlar.
Qeyd olunur ki, yoxlanışa səbəb onların Ukrayna müharibəsi barədə tənqidi fikirlər səsləndirmələridir. (oxu.az)
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli

















.png)


















