Peskov: "Kreml hələ belə bir qərar qəbul etməyib"
Bizi izləyin

Region

Peskov: "Kreml hələ belə bir qərar qəbul etməyib"

Rusiyada səfərbər olunanların sayı 300 min nəfəri keçə bilməz, çünki bu rəqəm Vladimir Putinin fərmanında öz əksini tapıb.

Publika.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Dmitri Peskov bildirib.

“300 mindən çox insan olmaz”, - cənab Peskov belə deyib.

"Komersant" isə qeyd edir ki, hüquq informasiya portalında dərc olunan sərəncamın özündə konkret rəqəm göstərilmir.

Dmitri Peskov onu da deyib ki, Kreml hələlik Rusiyada qismən səfərbərliyin başa çatması ilə bağlı qərar qəbul etməyib. Onun sözlərinə görə, V.Putinin səfərbərliyin başa çatması ilə bağlı fərmanı və ya bəyanatı hələ planlaşdırılmır.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm