ATƏT müşahidəçilərinin sərhədin Ermənistan tərəfinə gəlişi müzakirə edilir - Mirzoyan
Bizi izləyin

Region

ATƏT müşahidəçilərinin sərhədin Ermənistan tərəfinə gəlişi müzakirə edilir - Mirzoyan

Ermənistan-Azərbaycan sərhədinin Ermənistan hissəsinə ATƏT müşahidəçilərinin göndərilməsi mövzusu müzakirə olunur.

Publika.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün bildirib.

“Yaxın vaxtlarda bu məsələyə aydınlıq gətirəcəyik”, - deyə Ararat Mirzoyan Norveçin xarici işlər naziri ilə birgə mətbuat konfransı zamanı deyib.

Aİ-nin müşahidə missiyası ilə bağlı A.Mirzoyan bildirib ki, Ermənistan Ermənistan-Azərbaycan sərhədində sülhün bərqərar olmasında Cənubi Qafqazda beynəlxalq rolu gözləyir.

“Bizim gözləntimiz budur ki, missiyanın müəyyən faktaraşdırıcı hissəsi olacaq ki, bu da İrəvanın Ermənistanın suveren ərazisinə təcavüz olması (?) barədə iddialarının doğru olduğunu sübut edəcək”, - deyə Mirzoyan bildirib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müşahidəçilərindən danışan baş erməni diplomat qeyd edib ki, Ermənistan quruma müraciət edib və onların rəsmiləri gəlib hesabat hazırlayıblar.

“KTMT-də ilkin müşahidə və ya faktaraşdırıcı missiyanın göndərilməsi barədə qərar qəbul edilib. Rəsmilər gəldilər, onların qeydləri əsasında hesabat hazırlayıb, bütün KTMT-yə üzv dövlətlərə təqdim ediblər.

Katiblik indi hesabat əsasında qərar layihəsini yayıb. Müzakirələr var, amma qərar yoxdur. Şuranın iclası keçirilməlidir. Vəziyyətə müttəfiq dövlətlərimiz tərəfindən veriləcək siyasi qiymət bizim üçün son dərəcə vacibdir. İlk növbədə, təşkilatın Ermənistana qarşı təcavüzü (??) nə dərəcədə tanıdığını anlamaq lazımdır”, - deyə Ararat Mirzoyan bildirib.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm