İranda SEPAH-ın yüksək rütbəli üzvləri ÖLDÜRÜLDÜ
Bizi izləyin

Region

İranda SEPAH-ın yüksək rütbəli üzvləri ÖLDÜRÜLDÜ

İranın cənub-şərqində və qərbində naməlum şəxslərin atəşə tutması nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üç əməkdaşı ölüb.

Publika.az xəbər verir ki, bu barədə SEPAH-ın qərargahı məlumat yayıb.

Bildirilir ki, Sistan və Bəlucistan əyalətindəki Salman bölməsində xidmət edən polkovnik Mehdi Mollaşaxi və əməkdaşı Cavad Keyha, Zahedan şəhərinin Parastar meydanında naməlum şəxslər tərəfindən güllələnib.

SEPAH-ın ölən üzvlərinə işdən evə qayıdarkən maşından pulemyotdan atəş açılıb.

İranın qərbində, Kürdüstan əyalətində İraqla sərhəd keçid məntəqəsində naməlum şəxslərlə atışma nəticəsində SEPAH-ın daha bir üzvü həlak olub .

İran təhlükəsizlik qüvvələri araşdırmaya başlayıb, şübhəlilərin axtarışı davam edir.

Bundan əvvəl “The Jerusalem Post ” İranda SEPAH-ın baş raket mühəndisi Səid Tamardar Mutlakın öldürüldüyü barədə məlumat yayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm