Onların daha çox ölümə ehtiyacı var - Zaxarova
Bizi izləyin

Region

Onların daha çox ölümə ehtiyacı var - Zaxarova

“Britaniyalı mütəxəssislər Ukrayna rəhbərliyinə müqavilələri pozmağa kömək ediblər”.

Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Nüvə şantajına qida şantajını əlavə etmək üçün Vladimir Zelenski və britaniyalı mütəxəssislərin rəhbərlik etdiyi terrorçular taxıl müqaviləsini pozdular. Onların pulları və silahları azdır. Onların daha çox ölümə ehtiyacı var. Kiyev rejimi bu cəhənnəm taxtında oturur: pul, silah, ölüm”, - deyə Zaxarova qeyd edib.

O əlavə edib ki, Rusiya uzun müddətdir ki, ehtiyacı olan ölkələrə gübrələrini pulsuz göndərməyi təklif edir: “Həm prezident, həm də xarici işlər naziri bu barədə dəfələrlə danışıblar. Rusiya həm də ən kasıb ölkələrə 500 min tona qədər taxılını pulsuz verməyə hazırdır”.

Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm