İran PUA-ları Rusiyaya necə ixrac edir? - ŞOK DETALLAR / FOTO
Bizi izləyin

Region

İran PUA-ları Rusiyaya necə ixrac edir? - ŞOK DETALLAR / FOTO

İran Ukraynada mülki obyektlərə hücumlar üçün istifadə edilən silahlarını Rusiyaya tədarük etməyə davam edir.

Bu barədə Publika.az Ukrayna Milli Müqavimət Mərkəzinə istinadən xəbər verir.

Məlumatına görə, İran Rusiyaya aşağıdakı PUA modellərini ixrac edir:

"Mohajer", "Arash-1" və "Arash-2", "Shahed-131" və "Shahed-136".

Dronların istehsalçıdan təyinat yerinə daşınmasının iki yolu var: hava və dəniz.

Hava yolu ilə daşınma

Hava yolu ilə dronları Rusiyaya üç dövlət şirkəti - "Iran Air", "Pouya Air", "Saha Airlines" və bir özəl şirkət - "Mahan Air" çatdırır.

Mərkəzi Kəşfiyyat İdarəsi qeyd edir ki, yuxarıda sadalanan bütün dövlət şirkətləri birbaşa İranın hərbi-siyasi komandanlığına tabedir.

Eyni zamanda, özəl şirkət yalnız şərtidir, çünki onun dolayı təsisçisi Hüseyn Maraşidir (İranın keçmiş vitse-prezidenti). "Mahan Air" 2011-ci ildən ABŞ-ın sanksiyalar siyahısındadır

Milli Müqavimət Mərkəzinin məlumatına görə, oktyabrın 12-dən 18-dək Tehran və Moskva arasında yalnız "Pouya Air" 5 yük reysi həyata keçirib.

Dənizlə daşınma

İran dronları dəniz yolu ilə daşımaq üçün Xəzər dənizindən keçən marşrutdan istifadə edir.

"İranlılar Bəndər Ənzəli limanından istifadə edərək mülki aviasiya üçün ehtiyat hissələri daşıyırlar. Təyinat yeri Həştərxan və ya Mahaçqaladır. Daşıma İran Sənaye Şirkətinin gəmiləri ilə həyata keçirilir. Xüsusilə, noyabrın əvvəlində dəniz yolu ilə Həştərxana 200 ədəd sökülmüş pilotsuz təyyarənin gəlməsi gözlənilir", - məlumatada vurğulanıb.

İran yəqin ki, öz pilotsuz təyyarələrini Suriya vasitəsilə - Tartusdan Sevastopola ixrac edə bilər. Həmçinin Tehran özünün PUA-larının Rusiya hərbçilərinə çatdırıla biləcəyi Tacikistan və Belarusda istehsalını qurmağa çalışır.

İran pilotsuz təyyarələrinin Rusiya Federasiyasına daşınma yolları (sprotyv.mod.gov.ua)

Xatırladaq ki, oktyabrın 11-də Rusiyanın İrandan Ukraynaya qarşı müharibədə istifadə olunan 2400 kamikadze PUA sifariş etdiyi məlum olub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm