İstanbuldakı partlayışın mediada işıqlandırılmasına QADAĞA QOYULDU
Bizi izləyin

Region

İstanbuldakı partlayışın mediada işıqlandırılmasına QADAĞA QOYULDU

Türkiyədə İstanbulda baş verən partlayışla bağlı mətbuata xəbərlərin dərcinə müvəqqəti qadağa qoyulub.

Publika.az xəbər verir ki, bu barədə Türkiyədə Radio və Televiziya Üst Şurasının (RTÜK) saytında deyilir.

Qadağa, rəsmi məlumatlar istisna olmaqla, hadisə yerindən yayıma və baş verənlər - versiyalar və şübhəlilər haqqında məlumatların yayılmasına şamil edilir.

Bildirilir ki, məhdudiyyətlər "İstanbulun Beyoğlu rayonunda baş verən partlayışla əlaqədar" qoyulub.

Kütləvi informasiya vasitələrinə həmçinin “cəmiyyətdə qorxu, çaxnaşma və iğtişaşlar yarada bilən və terror təşkilatlarının məqsədlərinə xidmət edən” materialları dərc etməkdən çəkinmək tövsiyə olunur.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində bazar günü saat 16:20 radələrində partlayış baş verib.

Partlayış nəticəsində 6 nəfər ölüb, 53-ü yaralanıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm