İstanbulu qana bulayan terrorçu ilə bağlı ŞOK FAKTLAR: onu əri kimi təqdim edib, 45 dəqiqə ərzində...
Bizi izləyin

Region

İstanbulu qana bulayan terrorçu ilə bağlı ŞOK FAKTLAR: onu əri kimi təqdim edib, 45 dəqiqə ərzində...

İstanbul Terrorla Mübarizə Şöbəsi qruplarının apardığı araşdırmalarda terror aktını törədən Əhləm əl-Bəşir və digər şübhəlilərlə bağlı yeni təfərrüatlar üzə çıxıb.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, terrorçu ə-Bəşir təxminən bir il əvvəl PKK/YPG terror təşkilatı tərkibində kəşfiyyatçı kimi təlimlərə başladığı müəyyən edilib.

Əhləm əl-Bəşir 4 ay əvvəl "B" adlı terrorçu ilə Afrindən qaçaq yolla Türkiyəyə daxil olub. Esenlerdə yaşayan Suriya əsilli başqa bir terrorçunun yanına gələn Əhləm əl-Bəşir və "B" kim olduqları məlum olmasın deyə özlərini ər-arvad kimi göstərməyə başlayıblar. Cütlük kamuflyaj etmək üçün tekstil sexində də işə düzəlib.

Türkiyəyə terror törətmək üçün daxil olan terrorçular bu müddət ərzində türk kəşfiyyatına yaxalanmamaq üçün əmr aldıqları Ayn Əl Ərəbdəki terrorçularla heç bir rəqəmsal mühitdə əlaqə saxlamayıblar.

Terrorçuların Ayn Əl Ərəblə əlaqəsini Esenlerdə birlikdə qaldıqları şəxs təmin edib. Hadisə günü "B" adlı terrorçudan bomba yüklü paketi alan Əhləm əl-Bəşir diqqəti cəlb etməmək üçün 45 dəqiqə bombanı qoyduğu skamyada oturub.

Saatlı bombanın partlamasına az qalmış skamyadan qalxaraq hadisə yerindən qaçan əl-Bəşir əvvəlcə taksi ilə Əsənlərdə qaldığı ünvana gedib. Buradakı evdəki qızıl və pulları götürdükdən sonra Küçükçekmeceyə gedib.

Qaldığı evdə polislər tərəfindən yaxalanan əl-Bəşirin polis bölməsində dindirilməsi davam edir.

Əl-Bəşir əri rolunu oynayan "B" adlı qaçaq terrorçunun tutulması üçün iş gedir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm