Himn oxumayan iranlı futbolçular mühakimə oluna bilərlər
Bizi izləyin

Region

Himn oxumayan iranlı futbolçular mühakimə oluna bilərlər

İran milli futbol komandasının futbolçuları 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin ilk turunda İngiltərə ilə oyun öncəsi öz hərəkətlərinin xoşagəlməz nəticələri ilə üzləşə bilər .

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, futbolçular küçə etirazlarını vəhşicəsinə yatıran ölkə hakimiyyətinin hərəkətlərinə etiraz əlaməti olaraq himni oxumaqdan imtina ediblər.

Albany Universitetinin ( ABŞ ) beynəlxalq hüquq üzrə tədqiqatçısı David Cinnin sözlərinə görə, İran milli komandasının oyunçuları və onların ailə üzvləri cinayət işlərində müttəhim ola bilərlər.

David Cinn deyib ki, oyunçular vətənə qayıdandan sonra həbs oluna bilər:

"Eyni zamanda, hesab edirəm ki, ictimai simpatiya idmançıları qoruya bilər. Bununla belə, İran hakimiyyətinin hərəkətlərini proqnozlaşdırmaq çətindir."

Görüş İngiltərə yığmasının 6:2 hesablı əzmkar qələbəsi ilə başa çatıb. İngiltərə komandasının tərkibində Jude Bellingham, Bukayo Saka (iki dəfə), Raheem Sterling , Marcus Rashford və Jack Grealish qol vurub. Mehdi Taremi İran millisinin heyətində iki dəfə fərqlənib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm