İranda silah qaçaqmalçılığı kəskin artdı
Bizi izləyin

Region

İranda silah qaçaqmalçılığı kəskin artdı

İranda bu il ötən ilə nisbətən silah qaçaqmalçılığı kəskin artıb.

Publika.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Fərəc" təhlükəsizlik qüvvələrinin nümayəndəsi polkovnik Mehdi Hacıyan bildirib.

Onun sözlərinə görə, bu ilin mart ayının sonundan etibarən İranda 30 minə yaxın qanunsuz silah ələ keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.

Qaçaqmalçılıq yolu ilə silahların böyük bir hissəsi qərb, şimal-qərb və cənub sərhədlərindən keçərək İrana gətirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm