Zaxarovadan rus millətinin varlığını inkar edən deputata CAVAB
Bizi izləyin

Region

Zaxarovadan rus millətinin varlığını inkar edən deputata CAVAB

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün Teleqram kanalında Latviya Seyminin deputatı Aleksandr Kirşteynsin rus millətinin olmaması ilə bağlı bəyanatına münasibət bildirib.

Publika.az xəbər verir ki, deputat noyabrın 23-də özünü tviter səhifəsində yazıb: “Belə bir rus milləti yoxdur. Rus dilinin özü monqol-tatarlar ukraynaca danışmağa cəhd edəndə dialekt kimi meydana çıxdı”.

Rusiya XİN-in sözçüsü onun bu tvitini xatırladıb və izləyicilərini nasist adlandırdığı Kirşteynlərdən Amerika millətinin olub-olmadığını soruşmağa dəvət edib.

Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm