Məşhur model tənqid olundu deyə, daha açıq-saçıq geyindi - FOTO
Bizi izləyin

Region

Məşhur model tənqid olundu deyə, daha açıq-saçıq geyindi - FOTO

30 yaşlı xorvatiyalı supermodel İvana Knoll Qətərdə keçirilən dünya çempionatında açıq-saçıq geyindiyi üçün sərt tənqidlərə məruz qalmışdı.

Publika.az xəbər verir ki, xorvatiyalı model tənqidlərdən "ilham alaraq" onu açıq-saçıq geyimə görə ittiham edənlərə daha tutarlı cavab verib.

İvana Knoll Yaxın Şərq ölkəsində dünya çempionatının təşkilini "sirk" adlandıraraq daha açıq-saçıq geyinməklə tənqidçilərinə "uzaq doqquzluğa ünvanlanan" ismarış göndərib.

O, 4-1 hesabı ilə başa çatan Xorvatiya-Kanada oyununa baxmağa gəlib.

"Miss Xorvatiya" geyimi ilə yerli əhalinin və digər azarkeşlərin diqqətini yaşıl meydanlardan özünə tərəf çevirməyi bacarıb.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm