Deputatdan SENSASİON açıqlama: Demokratiyaya son qoymağın vaxtı çatıb!
Bizi izləyin

Region

Deputatdan SENSASİON açıqlama: Demokratiyaya son qoymağın vaxtı çatıb!

Rusiya Dövlət Dumasının deputatı Yelena Drapeko Rusiyada demokratiyaya son qoymağın vaxtı çatdığını bildirib.

Publika.az lenta.ru-ya istinadla xəbər verir ki, o, “Rusiyada elə bir demokratiya və elə bir tolerantlıq var ki, düşünürəm ki, buna son qoymağın vaxtı çatıb”, - deyə vurğulayıb.

Öz növbəsində, senator Aleksandr Karelin hesab edir ki, “Drapeko emosiyalarına hakim olan bilməyib və fikirini uyğunsuz şəkildə ifadə edib”. Karelin əlavə edib ki, buna görə onu qınamağa, eləcə də şiddətlə reaksiya verməyə ehtiyac yoxdur.

Bundan əvvəl Rusiya parlamentinin aşağı palatası LGBT təbliğatını qadağan edən qanun layihəsini ikinci oxunuşda qəbul edib. Sənəd qeyri-ənənəvi münasibətlərin, pedofiliyanın təbliğatına qadağa qoyulmasını, həmçinin LGBT-lər haqqında məlumatların mediada, internetdə, reklamda, ədəbiyyatda və kinoda yayılmasının qadağan edilməsini nəzərdə tutur.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm