Ukrayna müharibəsinin yeni sirləri - ABŞ Kiyevin qələbəsinə imkan vermir
Bizi izləyin

Region

Ukrayna müharibəsinin yeni sirləri - ABŞ Kiyevin qələbəsinə imkan vermir

Rusiyanın Xersondan çıxması və Ukraynanın uğuru Vaşinqtonda narahatlığa səbəb olub. Çünki bu vəziyyətdə güclənən rəsmi Kiyev Moskva ilə sülh danışıqlarından imtina edə bilər.

Publika.az
xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazır.

Nəşr qeyd edir ki, bir sıra problemlərin yaxınlaşması Bayden Administrasiyasında Ukrayna müharibəsinin gedişi ilə bağlı fikir ayrılıqlarının yaranmasına səbəb olub.

Birincisi, Ukraynanı gələcəkdə nə gözləyir – yeni qələbələr, yoxsa ağrılı dalan?

Xersonu azad edən Ukrayna qoşunları Krımda Rusiyanın təchizat yollarına HİMARS zərbələri endirə bilər. Nəticədə qoşunlar yeni əməliyyatlar üçün başqa ərazilərə köçürülə bilər. Lakin döyüşdən yorulmuş Ukrayna ordusunun istirahətə ehtiyacı var. Digər tərəfdən, Ukrayna ordusu Rusiya qoşunlarının daha inadkar müqaviməti ilə üzləşə bilərlər. Ukrayna uğur qazansa da, mübarizə aparmaq getdikcə çətinləşir.

İkincisi, qlobal eksalasiya nə qədər mümkündür?

Putin 2014-cü ildən sonra ilhaq etdiyi ərziləri saxlamaq üçün nüvə silahı ilə hədələyir. Ukrayna həm Xersonda, həm də şərqdə rusların bu “qırmızı xətlərini” dağıtdı. Bununla belə, Krım Putin Rusiyası üçün daha vacibdir və onun itirilməsi Moskvanın qlobal eskalasiyanı açacaq addımlar atması ilə nəticələnə bilər. Bu baxımdan, ABŞ Administrasiyası hadisələrin bu istiqamətdə inkişafından narahatdır.

Üçüncüsü, Ukraynayönümlü koalisiya nə qədər dözə biləcək?

Avropalı müttəfiqlər, hələ ki, möhkəm dayanırlar və beynəlxalq dəstəyin qışa qədər davam edəcəyi görünür. Lakin Blinken də daxil olmaqla çoxları etiraf edir ki, Putin güzəştə getməkdə maraqlı deyil. Bayden Administrasiyası Kiyevin diplomatik səylərə mane olacağı vəziyyətdən qaçmaq istəyir, çünki Rusiyanın enerji təchizatından məhrum olan Avropa, yaxınlaşan qışdan əziyyət çəkir. Nümayəndələr Palatasında respublikaçıların rəhbərliyi qazanması da növbəti ildə ABŞ-ın Ukraynaya yardımına təsir edəcəyi riskini yaradır.

Dördüncüsü, uzun sürən münaqişə ABŞ üçün yaxşıdır, yoxsa pis?

Ukrayn müharibəsi Vaşinqton üçün gözlənilməz strateji uğur oldu. Rusiya ordusu zəiflədi, NATO gücləndi. Yaponiya, Tayvan və Avstraliyanın timsalında Çin müttəfiqlərin müqaviməti ilə üzləşir. Avropa ölkələri bir avtokratiyadan – Rusiya - asılılığın mənfi tərəfini gördülər, indi digəri – Çin – ilə münasibətlərə yenidən baxırlar. Ukraynakı problemlər fonunda Putin sistemi artıq gləcəyi hesablanmış perspektiv kimi görünmür. Bununla belə, yüksə səviyyəli liderlər ABŞ-ın Ukraynadakı münaqişədən bütün faydaları götürüb-götürmədiyini müzakirə edir. Zaman keçdikcə, xərclər arta bilər. ABŞ digər bölgələrə də diqqət yetrməlidir. Sursat tədarükünün Kiyevə yönəlməsi başqa böhranlarda riskləri artırır. Beləliklə, əks fikirlər var. Uzun sürən silahlı münaqişə ABŞ hərbi sənayesinin buna tam hazır olmadığını göstərdi. Bu, ABŞ-ı yenidən silahlanma haqqında düşünməyə vadar edə bilər. Lakin ölkə rəsmilərinin dediyi kimi, Tayvan boğazında vəziyyət həqiqətən də sürətlə pisləşirsə, o zaman, Ukrayna münaqişəsinə tezliklə son qoymaq faydalıdır. Ən böyük problemlərdən biri də Vaşinqtonun bütün bunlara vaxtının olmayacağıdır”, - nəşrin məqaləsində qeyd olunur.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm