İranda etirazlar: xalq geri çəkilmir, molla rejiminə hərbi müdaxilə ola bilər
Bizi izləyin

Region

İranda etirazlar: xalq geri çəkilmir, molla rejiminə hərbi müdaxilə ola bilər

İranda rejim əleyhinə kütləvi aksiyalar davam edir. Tehran rejimi zaman-zaman “aksiyaların qarşısı alındı” kimi açıqlamalar versə də, reallıqlda etirazlar hər keçən gün genişlənir və proseslərin inkişafı göstərir ki, molla rejimi hadisələrə nəzarəti itirib.

Publika.az
xəbər verir ki, həftə boyunca Buşehr, Əlburz, İsfahan, Kirmanşah, Qum, Məşhəd, Sənəndəc, Tehran, Kərəc, Həştgerd, Rəşt, İlam, İzə, İsfahan, Şiraz, Bəndər Abbas, Əhvaz, Sənəndəc, Zahidan, Saqqız, Mərivan, Urmiya, Təbriz, Ənzəli, Ərdəbil də daxil olmaqla İranın bütün ərazilərində etirazlar davam edib.

Bəzi bölgələrdə, xüsusilə Kürdüstan, Sistan-Bəlucistan, Kürdistan, Tehran, Xuzsitan, nisbətən də Şərqi və Qərbi Azərbaycan, Xorasan-Rəzəvi, Urmiya əyalətlərində müəyyən səngimələr müşahidə edilsə də, son həftlərdə Gilan, Mərkəzi, Fars, İsfahan, Gülüstan, Yəzd, Hörmüzqan, Əlburz bölgələrində aksiyalar aktivləşib.

Aksiyalarda “Diktatora ölüm!”, “Xameneyiyə ölüm!”, “Qadın, həyat, azadlıq!” şüarları ilə yanaşı, “Əxlaqsız sənsən, hədsiz sənsən, mən azad qadınam!”, "Ey fəhlə fəryad eylə, haqqını tələb eylə”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!”, “Qardaşımı öldürəni öldürücəm” və digər şüarlar da səsləndirilib.

Əvvəlki dövrlərdə etirazçılar daha çox küçə nümayişlərinə üstünlük verirdilərsə, son həftələrdə bazar, dükan, mağazaların bağlanması, habelə müxtəlif əyalətlərdə sənaye işçiləri (“Tarbet”, Əlborz Sənaye Şəhərciyində yerləşən “Sərmaafərin” şirkətlərində, Kərəc texnologiya istehsalı müəssisəsində, İsfahan poladəritmə zavodunda, “Əlvənd” məişət texnikası fabriki və s.) və yük maşını sürücülərinin tətilləri müşahidə edilir.

Həmçinin universitetlər də etirazlarda fəal iştirak ediblər. Məsələn, Tehran Şərif Texnologiya Universiteti, Əmir Kəbir Universitetinin, Çabahar şəhərində Azad Universitetinin Əllamə Təbatəbayi Universitetinin Təbriz Tibb Elmləri Universiteti və digərlərində tələbələr ya oturaq, ya da nümayişlər şəklində hökumətin siyasətinə, tələbə və professorların həsbinə etirazlarını bildiriblər.

Kazerun, Kaşan, Həmədan və bir sıra digər şəhələr yük maşını sahibləri və sürücüləri tətillərə qoşulub, yolları bağlayaraq, yük daşımaqdan imtina edərək narazılıqlarını bildiriblər. Eləcə də etiraz növü olaraq, mollaların əmmamələrini vurub qaçmaq, hökumət binalarını yandırmaq faktları artıb. Xüsusən də Bəsic qərargahları etirazçıların hədəfinə çevrilib. Hətta Məşhəd şəhərində etirazlar zamanı qanunsuz həbs edilən aksiya iştirakçılarına ölüm hökmü çıxaran hakimin avtomobili etirazçılar tərəfindən yandırılıb.

İran İnsan Haqları Təşkilatının hesabatında davam edən etiraz nümayişlərində 64-ü uşaq olmaqla 462 nəfər hökumət məmurları tərəfindən öldürüldüyü qeyd olunur. Bununla yanaşı, 18206 nəfər saxlanılıb, onlardan 3492-in kimliyi və harada saxlanıldığı dəqiqləşdirilib və bunlardan 583 nəfəri tələbə olduğunu da qeyd edib. Həmçinin, təşkilat bu müddət ərzində 157 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirildiyini və 143 universitetin tələbələri bu nümayişləri dəstəklədiyini vurğulayıb.

Qeyd etmək gərəkdir ki, SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə İranda son iki ay yarımda baş verən kütləvi etirazlar zamanı “300-dən çox insanın” öldürüldüyünü təsdiqləyib.

Hökumətin etirazlara qarşı güc tətbiqi ilə yanaşı, inzibati resurslardan da istifadə edir.

- Qum şəhərində məcburi hicabdan imtina edən qadına xidmət göstərən bank müdiri valinin müavini tərəfindən işdən qovulub.
- Məlikşəhr şəhərində bir qız uşağı öz evlərinin balkonunda oynayarkən hökumət qüvvələrin açdığı atəş nəticəsində güllə dəyib və bir gözünü itirib.
- Zahidanda etirazları yatırtmaq üçün şəhərə böyük sayda silahlı qüvvələr yeridib və etirazçılarla hökumət qüvvələri arasında qarşıdurma yaşanıb. Qeyd edək ki, qarşıdurmalar bütün etiraz keçirilən şəhərlədə müşahidə edilib.

İranın Tele-radio şirkəti IRIB-in prezidenti Peyman Cəbəlli isə ölkədə son 70 gündə baş verən hadisələrə toxunaraq deyib: “Əgər lazımi güc, imkanlar və məlumatlar vaxtında IRIB-ə verilsəydi, bu böhranların bir çoxu baş verməzdi və ya daha yaxşı idarə olunardı”.

Assur və Keldani Katolik Kilsəsi, Şərqi Asur Kilsəsi və Urmiya Yevangel Kilsəsi birgə bəyanatında 2022-ci ilin payız iğtişaşları zamanı Qurani-Kərimə və İranın bayrağına edilən təhqirləri pisləyərək, düşmənlərinə imkan verməyəcəklərini vurğulayıblar. Daxili işlər naziri Əhməd Vahidi isə etirazları səngitmək üçün çağırış edib; “Düşmənə yalançı rəvayətlər yaratmağa imkan verməməliyik”.

Bəsic qüvvələrinin komandirinin müavini Qasim Qureyşi referendum tələb edən Zahidan cümə imamı Mövləvi Əbdül Həmidini “hörmətdən salmaq” haqqında deyib: “Təəssüf ki, biz Mövləvi Əbdül Həmidin qadınlar haqqında dediyi sözləri ona qarşı istifadə etmədik. Çünki sünnilərə qarşı ən böyük zülm Sistan-Bəluçistan əyalətində baş verir”.

İran rejimi insanların haqlı etirazını kənar qüvvələrə bağlamağa çalışır, bu istiqamətdə geniş kampaniya aparır.

Etirazlara beynəlxalq dəstək də hər keçən gün artır.

ABŞ-ın milli komandasının “Twitter” hesabında oyunların cədvəlində üzərində emblemi olmayan İran bayrağı yerləşdirilib. İranın hazırkı bayrağı üzərində “Allah” yazılmış emblem mövcud olmayıb”. Almaniyada çıxan “Spiegel” nəşri isə bugünki buraxılışında ilk məqaləsini İrandakı etirazlara həsr edib. Məqalədə “Spiegel” bir müddət öncə İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş və azadlığa çıxmış bir İran vətəndaşından müsahibə alıb, siyasi məhbuslara və onların ailələrinə qarşı işgəncə və zorakılığın bəzi üsullarına diqqət çəkib.

Həmçinin, Vaşinqtonda yaşayan iranlılar İrandakı xalq etirazlarına dəstək nümayişi keçirib. Nümayişçilər molla rejiminə qarşı nifrətini bildirərək şüar səsləndiriblər: “Yoxsulluq, rüşvət və bahalıq, çevrilişə qədər gedəcəyik!”. Fransa parlamentinin deputatları isə 149 lehinə səslə qətnamə qəbul ediblər. Qətnamədə Avropa dövlətlərindən İrana təzyiqləri artırmaq tələb edilir ki, bu ölkə öz beynəlxalq öhdəliklərini yerinə yetirsin və Məhsa Əmininin ölümü ilə bağlı araşdırma aparsın. Los-Ancelesdə yaşayan yüzlərlə iranlı UNİCEF qərargahının qarşısında aksiya keçirib. Aksiyaçılar İranda repressiv hökumətin 63 uşağı qətlə yetirməsinə beynəlxalq təşkilatların reaksiya verməməsinə qarşı etiraz bəyanatı yayıblar.

BMT Qlobal Uşaq Fondu UNICEF İranda təhlükəsizlik qüvvələrinin orta məktəblərə hücumlarından narahat olduğunu bildirib və UNICEF uşaqlara qarşı bütün zorakılıq hərəkətlərini pisləyir və İranda etirazlar zamanı 50 uşağın ölümünə və çoxlu sayda insanın yaralanmasına səbəb olduğu bildirilən bütün zorakılıq və təqiblərə son qoymağa çağırıb.

Ağ Evin mətbuat katibi Karin Jan-Pier İran rəsmilərinə qarşı sanksiyalar kimi iqtisadi rıçaqlardan istifadə etdiklərini bildirib. Eləcə də, BMT-nin İnsan Haqları Şurasının İranda insan haqları pozuntularını araşdırmaq üçün faktaraşdırıcı missiya yaratmaq qərarını dəstəklədiklərini qeyd edərək və bu, tarixi bir qərar adlandırıb.

“Foreign Policy” nəşrinə müsahibəsində ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsi Robert Mali bildirib ki, İslam Respublikası dünyanın diqqətini İranda baş verənlərdən yayındırmağa çalışır. Habelə, o, Baydenin İrana qarşı diplomatiya, sanksiyalar və təzyiqlər uğursuz olarsa, son çarə olaraq hərbi varianta razılıq verməyə hazır olduğunu dediyini açıqlayıb.

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman etirazçılara qarşı repressiyaların güclənməsi və rejimin etirazçıların edam “kampaniyasına” başlamasından narahatlığını bildirib.

Britaniyanın baş naziri Rişi Sunak isə İranda davam edən etiraz aksiyalarından danışaraq, narazılıqların kökünün islam hakimiyyətində olduğunu bildirib. O, İranda hakim olan durumla razılaşmadıqlarını, bununla bağlı daha effektiv işlər görəcəklərini və dəstəklədikləri dəyərlərinin qələbə çalacağına inandığını söyləyib.

ABŞ və Fransa prezidentləri birgə bəyanatla çıxış edərək İranda baş verən proseslərə münasibət bildiriblər. Bəyanatda Fransa və Amerika liderləri bir daha İrandakı xalq hərəkatını dəstəkləyiblər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm