Türkiyədə onlarla aviareys ləğv olundu
Bizi izləyin

Region

Türkiyədə onlarla aviareys ləğv olundu

İstanbulun Sabiha Gökçen hava limanında qatı duman səbəbindən 48 reys təxirə salınıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türk Hava Yolları və “Anadolujet” aviaşirkətlərinin reysləri ləğv olunub.

Bundan əvvəl hava şəraiti ilə əlaqədar gəmilərin boğazlarda hərəkətinin dayandırıldığı bildirilib. Güclü duman səbəbindən həm İstanbulda, həm də sahildə görmə qabiliyyəti pisləşib.

Hava şəraiti yaxşılaşdıqdan sonra məhdudiyyətlərin götürüləcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm