Region
Ukraynadan Krım tatarları ilə bağlı VACİB QƏRAR: 2022-2032-ci illər üçün...

Ukrayna Nazirlər Kabineti Krım-tatar dili üzrə Milli Komissiya yaradıb.
Bu barədə Publika.az Nazirlər Kabinetinin qərarına istinadla xəbər verir.
Bildirilir ki, komissiya Reinteqrasiya Nazirliyinin rəhbəri İrina Vereşçukun rəhbərliyi altında çalışacaq.
Komissiya 2022-2032-ci illər üçün Krım-tatar dilinin inkişafı üzrə Strategiyaya uyğun olaraq yaradılıb. Bu məşvərətçi-məsləhət orqanı aidiyyəti dövlət orqanlarının, eləcə də Krım tatar xalqı Məclisinin nümayəndələrinin, elm və təhsil müəssisələrində dilçilərin tərkibində fəaliyyət göstərəcək.
Milli Komissiyanın əsas vəzifələrindən biri YUNESKO tərəfindən qorunmağa ehtiyacı olan dillərdən biri kimi təsnif edilən Krım tatar dilinin qorunmasıdır. Bundan əlavə, o, Krım tatar dilinin fəaliyyət göstərməsi üçün institusional, təşkilati və informasiya təminatı məsələləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsinə töhfə verməlidir.
Vereşçuk qeyd edib ki, Krım tatar dili müvəqqəti olaraq işğal olunmuş Krımda təzyiq və repressiyaya məruz qalan Ukraynanın yerli xalqlarından birinin dilidir.
Xatırladaq ki, Rusiya Federasiyasının kriminal səfərbərliyi elan edildiyi gündən 1000-ə yaxın Krım tatarı müvəqqəti işğal olunmuş Krımı zorla tərk edərək Türkiyəyə gedib.
Milli Müqavimət Mərkəzi həmçinin qeyd edir ki, krımlılar Rusiya ordusuna səfərbər olmaqdan imtina edirlər, baxmayaraq ki, ruslar yerli sakinləri həvəsləndirməyə çalışırlar. Xüsusilə, Ukraynaya qarşı döyüşməyə gedənlərə Krımda torpaq sahəsi vəd edilir.
Hüseyn İbadlı

-
Region23 Mart 21:17
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq - Nikol Paşinyan
-
Nida Xəbər 23 Mart 20:41
Leyla Əliyevadan Ramazan ayı ilə bağlı paylaşım - FOTO
-
MDB23 Mart 19:41
Medvedev nüvə ilə hədələdi: Putin həbs olunsa...
-
Pul23 Mart 19:09
Dolları nə gözləyir? - EKSPERT RƏYİ
-
Avropa23 Mart 18:53
"Budapeşt Putini həbs edə bilməyəcək" - Aparat rəhbəri
-
Qadın23 Mart 18:18
Bu, qadınlarda sonsuzluq riskini 40% artırır
-
MDB23 Mart 18:08
Putin yeni sərəncam imzaladı
-
Magazin223 Mart 17:39
Oqtay Əliyevin atası: “Belimizi qırdı, evimizi yıxdı” - VİDEO