Peskovdan ölkəni tərk edən ruslarla bağlı MÜHÜM AÇIQLAMA
Bizi izləyin

Region

Peskovdan ölkəni tərk edən ruslarla bağlı MÜHÜM AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya Federasiyasını tərk edənlərlə bağlı mövzunu çətin, lakin aktual adlandırıb.

Publika.az xəbər verir ki, Peskov məsələ ilə bağlı tədbir görərkən “Pandora qutusu”nu açmamaq barədə xəbərdarlıq edib.

O əlavə edib ki, vətənlərini tərk edən ruslarla yox, Rusiyanın düşmənləri ilə döyüşmək lazımdır.

“Bu, çox mürəkkəb mövzudur, əlbəttə ki, bizim dövrümüz üçün aktualdır, amma burada, deyək ki, “Pandora” qutularını aça bilməzsiniz. Biz düşmənlərimizlə mübarizə aparmalıyıq, ölkəni tərk edənlər bizim vətəndaşlarımızdır və belə də qalmalıdırlar”, - deyə Peskov bildirib.

O əlavə edib ki, ölkəni tərk edən, lakin ona qarşı “düşmənçilik yolu tutan” Rusiya vətəndaşları üçün mübarizə aparmaq lazımdır: “Ölkəmizə qarşı əsl düşmənçilik yoluna düşməyənlər bizim vətəndaşlarımızdır, onların uğrunda mübarizə aparmalıyıq”.

Peskovun sözlərinə görə, Rusiya hakimiyyəti tərk edən rusların – “öz ölkəsinin düşməni olmayanların” geri qayıtmaq istəməsi üçün şərait yaratmalıdır.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm