Türkiyədən yeni ƏMƏLİYYAT ANONSU: "İstənilən vaxt..."
Bizi izləyin

Region

Türkiyədən yeni ƏMƏLİYYAT ANONSU: "İstənilən vaxt..."

Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın ölkəsinin istənilən vaxt Suriyanın şimalında qurudan hərbi əməliyyat keçirə biləcəyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə "Hürriyyət" qəzeti məlumat yayıb.

"Aldığımız təhdidlərin səviyyəsini nəzərə alsaq, bu, hər an mümkündür", - Kalın deyib

Türkiyənin müdafiə naziri Hulusi Akar bir müddət əvvəl bildirib ki, Türkiyə Suriyanın şimalındakı hava məkanından ölkədə qadağan olunmuş "Kürdüstan Fəhlə Partiyası"na (PKK) qarşı əməliyyat üçün Rusiya ilə danışıqlar aparır.

Noyabrın 20-dən Türkiyə Suriyanın şimalında qadağan olunmuş PKK-nın Suriya qanadına qarşı hava əməliyyatı keçirir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm