Region
Diplomatlarımızın İrandan təxliyə prosesi necə aparılacaq? - VİDEO/YENİLƏNDİ

“Gələcək addımlar İranın növbəti davranışlarından asılıdır”.
Publika.az xəbər veritr ki, bu sözləri millət vəkili Hikmət Məmmədov Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvlərinin təxliyə olunması ilə bağlı danışarkən bildirib.
O qeyd edib ki, diplomatlarımızın təxliyyə edilməsi artıq fövqəladə vəziyyətdir:
“İran məntiqli və səmimi bir açıqlama verə biləcəksə, səfirlik əməkdaşlarımız geri qayıdacaq”.
Daha ətraflı Baku TV-nin süjetində:
xxx
14:21
“Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvlərinin təxliyə olunması həyata keçirilir”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
O bildirib ki, Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılır:
“Hazırda təxliyə üçün prosedur aparılır. Səfirliyin fəaliyyətinin nə zaman bərpa olunacağı bilinmir. Bu, birdəfəlik bağlanma demək deyil”.
xxx
13:34
Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilir.
Publika.az xəbər verir ki, bunu Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “TRT Haber”ə müsahibəsində deyib.
O söyləyib ki, səfirlik əməkdaşlarının Azərbaycana təxliyəsi həyata keçirilir.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

-
MDB08:00
Rusiyada qaz kəmərində güclü partlayış - VİDEO
-
Magazin106:46
Özcan Deniz təhdid olundu: "Ölməyə layiqsən..." - FOTO
-
Magazin102:12
Əməkdar artistin "Range Rover"i soyuldu - Xanımının çantası oğurlandı
-
Kriminal01:49
"Rüstəm Usubovu şantaj edib, təzyiq göstərməklə…" - MTN işində yeni ifadə
-
Magazin101:21
Aysun bu meyfəni görüb halı pisləşdi: "Tüklüdür, diksinirəm" - VİDEO
-
Qoroskop00:10
Günün ULDUZ FALI: uzaqdan vacib xəbərlər ala bilərsiniz
-
Maraq dünyası29 Mart 23:46
Deputat səfirliyin açılışında pianoda ifa etdi - VİDEO
-
Magazin129 Mart 23:00
Həmkarı Dilarə Əliyevanın vəziyyətindən DANIŞDI: "Dua edirik ki..."