Region
Qazaxıstan ikinci Ukrayna olmayacaq - Moskva
Rusiya və Qazaxıstan çoxillik dostluq və etimad tarixi ilə bağlı olan yaxın qonşulardır.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bu gün, yanvarın 30-da dərc olunmuş KİV-in suallarına cavablarında deyilir.
Rusiya Xarici İşlər Nazirliyi Qazaxıstandakı vəziyyəti nə dərəcədə yaxından izləyir və orada gələcəkdə “ikinci Ukrayna”nın olub-olmayacağı ilə bağlı suala XİN cavab verib ki, Rusiya və Qazaxıstan çoxillik dostluq və etimad tarixi ilə bağlı olan yaxın qonşulardır.
“Təsadüfi deyil ki, bu gün münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsindədir. Ona görə də Rusiya və Qazaxıstan hakimiyyətinin ümumi aktual problemlərin həlli üçün sıx əməkdaşlıq etməsi tamamilə təbiidir”, - məlumatda deyilir.
Qeyd edilir ki, Moskva müxtəlif səviyyələrdə Qazaxıstan hakimiyyətinin vəziyyətin nəzarətdən çıxması ilə daxili siyasətdə “milli kart”dan istifadənin təhlükəli olduğunu başa düşməsini aydın görür.
“Bir daha vurğulamaq istərdik ki, Rusiya-Qazaxıstan alyansının gələcək inkişafının əleyhdarlarının bütün intriqalarına baxmayaraq, biz tərəfdaşlarla çoxşaxəli ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi üzərində işləməkdə davam edirik. Qazaxıstan özlərini “sivil Qərb dünyası” adlandıran qürurla davranışlarından fərqli olaraq, biz BMT Nizamnaməsinə, habelə beynəlxalq münasibətlərin ümumi qəbul edilmiş prinsip və normalarına uyğun fəaliyyət göstərərək respublikanın daxili işlərinə qarışmırıq”, - Rusiya XİN əlavə edib.
Akqabay
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO