Ərdoğandan SƏRT MESAJ: "Çirkin kampaniya aparılır, bədəli ağır olacaq"
Bizi izləyin

Region

Ərdoğandan SƏRT MESAJ: "Çirkin kampaniya aparılır, bədəli ağır olacaq"

"Avropa və Amerika ölkələri Türkiyədə keçiriləcək prezident seçkilərinə təsir göstərməyə çalışırlar. Bu məqsədlə Qərb mediası bu seçkilərin dünya siyasəti üçün nə qədər əhəmiyyətli olduğunu yazır".

Publika.az "Anadolu"ya istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ölkə lideri Aydın şəhərində gənclərlə görüşü zamanı bildirib: "Avropadan Amerikaya qədər bütün dünya dövlətləri mayın 14-də keçiriləcək seçkilərə təsir etmək üçün aktiv səylər göstərir. Və bu məqsədlə mənə qarşı çirkin kampaniya aparılır".

O, ölkədə seçkilərə edilən təzyiqlərə misal olaraq Stokholm və Kopenhagendəki Türkiyə səfirlikləri qarşısında Quranın yandırılması ilə hərəkətləri təsvir edib.

Türkiyə prezidenti həmçinin İstanbulda bir sıra ölkələrin konsulluqlarının terror təhlükəsi bəhanəsi ilə bağlanmasına cavab işləyib hazırlayacağını vəd edib.

Onun sözlərinə görə, bu ölkələrin səfirlərinə ultimatum təqdim edilib və bu cür hərəkətlərin bədəli ağır olacaq

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm