Türkiyədə təhsil alan azərbaycanlı tələbələr: “Bizə təhlükəsiz yer lazımdır”
Bizi izləyin

Region

Türkiyədə təhsil alan azərbaycanlı tələbələr: “Bizə təhlükəsiz yer lazımdır”

“Bizə daha təhlükəsiz yer lazımdır. Çatışmazlıq budur. Çünki artıq qaldığımız yataqxananın divarlarında geniş çatlar yaranıb, növbəti zəlzələdə binanın salamat qalmaq ehtimalı sıfırdır”.

Publika.az xəbər verir ki, bunu Teleqraf.com-a Türkiyənin Qaziantep şəhərindəki Qaziantep universitetində təhsil alan azərbaycanlı tələbə Soltan Nəzərov deyib.

O, hazırda yaşadığı Qaziantepin Binevler məhəlləsində yenə zəlzələnin olduğunu bildirib:

“İnternetdə fasilələr olur. Bu ərazidə bir çox bina var. Təbii ki, heç kim o binalara tərəf gedib baxa bilmir. Amma zəlzələ çox güclü hiss olunur. Səhər yuxudan zəlzələ ilə oyandım. Elə bildim ki, kimsə məni silkələyib oyadır”.

Soltan Nəzərov ərazidə xilasetmə və yanğınsöndürmə qruplarının dolaşdığını da vurğulayıb: “Dağıntıların hansı tərəfdə çox olması barədə məlumatsızam”.

Soltan Nəzərov Antep şəhərində təxmini 70 nəfərdən ibarət azərbaycanlı tələbənin bir votsap qrupu olduğunu da vurğulayıb: “Bu qrup vasitəsilə bir-birimizdən məlumat alırıq. Hazırda onlar da eynən mənim kimi oxuduqları universitetin yataqxanasına girə bilmirlər. Onların bəziləri sığınacaqlarda, bəziləri isə yataqxananın birinci qatındadırlar”.

Türkiyənin Elazığ şəhərində fəaliyyət göstərən Fırat universitetinin tələbəsi Ələsgər Rzazadə də hazırda yeraltı təkanların olduğunu deyib: “Dünən gecədən baş verən zəlzələdən sonra qaldığımız yataqxanadan çıxmışıq. Hazırda qar yağır. Soyuqdan donuruq, buna baxmayaraq çöldə qalırıq. Çox çıxılmaz vəziyyət yaranıb. Necə edəcəyimizi bilmirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm