Türkiyədəki zəlzələ ilə bağlı ŞOK AÇIQLAMA: 130 atom bombası ilə...
Bizi izləyin

Region

Türkiyədəki zəlzələ ilə bağlı ŞOK AÇIQLAMA: 130 atom bombası ilə...

"Türkiyənin cənub-şərqində baş verən zəlzələnin gücü 130 atom bombasının partlaması ilə müqayisə edilə bilər".

Publika.az xəbər verir ki, bunu geofizik Ahmet Ercan "Duvar" qəzetinə deyib.

“Zəlzələ güclü idi. Maqnituda 7.4. Məhv gücü 11-dir. O, 130-a yaxın atom bombasının enerjisini buraxıb", - geofizik deyib.

Alim yaxın iki-üç il ərzində episentrdən 200 kilometr radiusda gələcək güclü afterşoklar barədə xəbərdarlıq edib.

7,7 bal gücündə ən güclü zəlzələ səhər saat 4 radələrində Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində baş verib. Bunun ardınca qonşu ölkələrdə - Suriya, İraq, Livan, Ermənistan, Gürcüstan və Kiprdə də hiss olunan bir sıra afterşoklar baş verib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələni 1939-cu ildən bəri ölkə üçün ən güclü təbii fəlakət adlandırıb. Ölənlərin sayı artıq 1500-ü keçib .

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm