Region
Antakyada azərbaycanlı ana və qızı dağıntılar altından XİLAS EDİLDİ - FOTO

Türkiyənin güclü zəlzələnin baş verdiyi Hatay şəhərinin Antakya rayonunda azərbaycanlı Sevda Əliyeva və qızı Nəzrin Əlizadə dağıntılar altından xilas edilib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfriliyindən məlumat verilib.
Məlumata görə, ana və qızının səhhəti normaldır:
“Antakya rayonunda dağıntılar altında qalan azərbaycanlı Nəzrin Əlizadə və anası Sevda Əliyevanın səhhəti qənaətbəxşdir”, - məlumatdfa deyilir.
Bildirilib ki, ana və qızının yaşadığı ev zəlzələdə dağıntıya məruz qalıb, onları xilas etmək mümkün olub. Onlar heç bir əşyalarını götürə bilməyiblər, yaxın tanışlarının evində qalırlar.
Hatayın Antakya və İskenderun şəhərlərində olan böyük dağıntılarla əlaqədar əraziyə əhalinin gəliş-gedişi qadağan olunub.
N.Əlizadə Hatay vilayətinin mərkəzi Antakya şəhərindəki Mustafa Kemal Universitetində yenicə müəllim kimi fəaliyyət başlayıb.
Qeyd edək ki, dünən Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 4:17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa saat 4:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 4:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı təkanlar baş verib.
Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib.
Son məlumata görə, zəlzələdə ölənlərin sayı 1 762 nəfərə çatıb, 12 068 insan xəsarət alıb. ("Report")


-
Magazin105:45
Günel Tatlıseslə yenidən bir arada - FOTO
-
Avropa02:12
İranın PUA-ları ilə Kiyevə HÜCUM EDİLDİ
-
İdman00:45
Azərbaycan millisi İsveçə də böyük hesabla məğlub oldu - YENİLƏNDİ
-
Qoroskop00:30
Günün ULDUZ FALI: sizə ciddi zərbə vura bilərlər
-
Magazin100:15
Təranə Qumral fotosu ilə gündəm oldu - FOTO
-
ABŞ27 Mart 23:31
ABŞ-da məktəbə SİLAHLI HÜCUM: yeniyetmə qız tüfənglə 6 nəfəri öldürdü
-
Magazin127 Mart 21:36
Emin Ağalarov xanımı və qızı ilə bir arada - FOTO
-
Sosial27 Mart 20:41
Azərbaycanda iş adamının ölkədən çıxışına QADAĞA QOYULDU