Gün gələndə indi əlimizdə olan dəftəri açacağıq, onların hamısını... - Ərdoğan
Bizi izləyin

Region

Gün gələndə indi əlimizdə olan dəftəri açacağıq, onların hamısını... - Ərdoğan

“Dövlət və millət əl-ələ verib, bu tarixi fəlakətin öhdəsindən gəlməyə çalışarkən, xalqımızı bir-birinə qarşı qoymağa çalışanları yaxından izləyirik. Gün gələndə indi əlimizdə olan dəftəri açacağıq”.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dövlət İnformasiya Koordinasiya Mərkəzində çıxışı zamanı məlumat verib.

Türkiyə lideri bildirib ki, hökumət ictimai xaos yaratmağa çalışanları müəyyənləşdirir və lazımi tədbirlər görür: “Bizə telefonla zəng edən 18 dövlət və hökumət başçısı ilə görüşdük. Ölkəmizin bu çətin vəziyyətində bizə zəng edən, mesaj göndərən bütün dostlarımıza təşəkkür edirəm. Beynəlxalq ictimaiyyətin dəstəyi bizim üçün dəyərlidir”.

Türkiyə Prezidüenti axtarış-xilasetmə tədbirlərinin sürətlə davam etdiyini də söyləyib.

“Nazirliklərimizə tabe olan bölmələrlə yanaşı, partiyasından asılı olmayaraq bütün bələdiyyələrimiz bölgəyə yardım göndərir. Ölkə boyu məktəblərdə fevralın 13-dək, təbii fəlakət bölgəsindəki məktəblərdə isə fevralın 20-dək tədris dayandırılıb. Konstitusiyanın 119-cu maddəsinin bizə verdiyi səlahiyyətə əsaslanaraq, fövqəladə vəziyyət elan etmək qərarına gəldik”.

Qeyd edək ki, axtarış-xilasetmə fəaliyyətlərinin həyata keçirilməsi üçün zəlzələ baş verən bölgədə 3 aylıq fövqəladə vəziyyət elan edilib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm