Türkiyədə seçkilər təxirə salınır?
Bizi izləyin

Region

Türkiyədə seçkilər təxirə salınır?

Türkiyədə ümumi seçkilər ölkənin cənub-şərqində baş verən dağıdıcı zəlzələlərə görə mayın 14-dən iyunun 18-nə təxirə salına bilər.

Publika.az xəbər verir ki, bu barədə “Duvar” qəzeti məlumat yayıb.

“Jurnalist Murat Etkin Meral Akşenerə sual verib: “Zəlzələ seçki tarixinə təsir edəcəkmi? Fövqəladə vəziyyət elan edildikdən sonra seçkilər təxirə salınacaqmı?” Akşener çox da məmnun olmayan bir ifadə ilə cavab verib: “Seçkilərin mayın 14-də keçiriləcəyini düşünmürəm, amma 18 iyuna təxirə salınacağını güman edirəm”, - qəzet qeyd edib.

Nəşr onu da ehtimal edir ki, ölkə parlamenti seçkilərin bir il müddətinə təxirə salınmasına qərar verə bilər.

“Akşener parlamentdən belə bir qərar gözləmir. O, bunları söyləyib: “Biz siyasətçilər seçkilərin baş tutması üçün əlimizdən gələni etməliyik”, - “Duvar” onun sözlərindən sitat gətirib.

Bundan əvvəl “Bloomberg” agentliyi də seçkilərin mümkün təxirə salınması barədə məlumat vermişdi.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm